Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanıldı

Xəbərlər 14 Oktyabr 2024 10:13 Oxunub 394
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabrın 12-də və 13-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh