Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanıldı
Xəbərlər
25 Sentyabr 2024 09:15
Oxunub 224
Sentyabrın 24-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR