Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı

Xəbərlər 26 İyun 2024 12:00 Oxunub 236
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyunun 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh