Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı

Xəbərlər 21 İyun 2024 10:24 Oxunub 156
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyunun 20-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 70 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 52 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh