Cinayətkarlar bank əməkdaşını aldadıb 35 milyonu oğurladılar

Süni zəka sisteminin generasiya etdiyi səs simulyasiyası sayəsində cinayətkarlar Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bank əməkdaşını aldada biliblər. Nəticədə bank 35 milyon dollar itirib. Bir neçə müddət bundan öncə təqdim edilmiş məhkəmə sənədlərinə əsasən bu hadisə yanvar ayında baş verib. Məlumata əsasən hadisə bank filiallarından birinin menecerinin adi telefon zənginə cavab verməsi zamanı baş tutub. Filiala zəng etmiş şəxs özünü böyük şirkətin sahibi kimi təqdim edib. Menecer isə şirkət sahibi ilə daha öncə danışdığı üçün bu dələduzluğu təyin edə bilməyib.
Əlavə olaraq şirkətin və şirkət hüquqşünasının saxta elektron məktublarından istifadə etmiş dələduzlar filial menecerini inandıra biliblər ki, onlar 35 milyon dollar dəyərində müqavilənin bağlanması ərəfəsindədirlər. Nəticədə filial meneceri zəng etmiş dələduzun əmrlərini ardıcıl şəkildə yerinə yetirib və yeni bank hesablarına bir neçə böyük tranzaksiyanı reallaşdırıb. Lakin sonradan məlum olub ki, bütün bunlar böyük dələduzluq sxemi imiş. BƏƏ-nin yerli hüquq-mühafizə orqanları belə qənaətə gəliblər ki, dələduzlar Deep Voice adlı texnologiyadan istifadə ediblər.
Bu texnologiya isə şirkət rəhbərinin səsini doğru şəkildə imitasiya etməyi bacarıb. Aparılan istintaqa əsasən bu dələduzluq sxemində 17 nəfər iştirak edib. Oğurlanmış vəsaitlər isə bütün dünyadan olan çoxlu sayda bank hesablarına köçürülüb. Bank hesablarından 2-si ABŞ-ın Centennial Bank-da açılıb. Buna görə də bu məsələ ilə bağlı istintaq prosesində həmçinin ABŞ-ın da hüquq-mühafizə orqanları iştirak edirlər. Maraqlısı ondadır ki, bu cür hadisə ilk dəfədir ki, baş vermir. Belə ki, 2019-cu ildə Böyük Britaniyanın energetik şirkətinin başına bu cür hadisə gəlmişdi. Həmin hadisə çərçivəsində dələduzlar şirkətdən 243.000$ vəsait oğurlaya bilmişdilər. Bununla belə onlar özlərini şirkətin general direktoru kimi təqdim etmişdilər.///technote
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO










