Çində təhsil alan azərbaycanlı idmançı vəfat etdi - FOTO

Çinin Pekin İdman Universitetində təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov dünyasını dəyişib.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, S.Həsənov bu gün vəfat edib.
O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum idmançı sabah doğulduğu Cəlilabad rayonunun Günəşli kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Sadiq Həsənağa oğlu Həsənov 1985-ci ildə anadan olub. O, Sumqayıt Dövlət Universitetininin tarix fakültəsinin məzunudur. S.Həsənov bakalavrı bitirdikdən sonra magistr təhsilini Çinin Pekin İdman Universitetində dövlət hesabına bitirib. Sonradan həmin universitetdə doktorantura təhsilinə başlayıb və təhsilini davam etdirib. S.Həsənov uzun illər idmanın bir neçə - kinqboks, tayboks, taekvando, uşu-sanda, qaydasız döyüş növləri ilə məşğul olub və dəfələrlə ölkə çempionu olub. O, mütəmadi olaraq, Çində ölkəmizi bu idman növləri üzrə layiqincə təmsil edib. S.Həsənov həmçinin peşəkar fitneslə də məşğul olub və Çinin müxtəlif şəhərlərində dəfələrlə fitnes-model yarışlarının qalibi olub.
İdmançı həmçinin bu ölkədə müxtəlif döyüş səhnələrindən bəhs olunan filmlərə çəkilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












