Çindən gələn yük “Rəsul Rza” gəmisi ilə Rumıniyaya çatdırılacaq

Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk konteyner yükü Gürcüstanın Poti limanına çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.
Məlumata görə, yük Poti limanından ASCO-nun Qara dənizdə müntəzəm fider daşımalara cəlb edilən “Rəsul Rza” quru yük gəmisi ilə Rumıniyanın Konstanta limanına çatdırılacaq.
Artıq gəmi yükləmə əməliyyatı üçün limana yan alıb. Ümumilikdə gəmiyə 75 ədəd 40 futluq konteyner yüklənəcək.
Xatırladaq ki, Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaymm şəhərinə gedən yük qatarı Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyanın ərazisindən keçərək ümumilikdə 11 300 km məsafə qət edəcək.
Çindən Almaniyaya gedən ilk konteyner yükü Qazaxıstanın Kurık limanından ASCO-nun “Maestro Niyazi” gəmisi ilə Azərbaycanın Hövsan limanına çatdırılmışdı.
"Report"
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO












