«City Taxi» Bakıda müştərini ələ saldı - Şikayət

Bakı şəhər sakini 32 yaşlı Valeh Dadaşov «City Taxi» şirkətinin fəaliyyətindən narazılıqla bağlı Avtosfer.az saytına müraciət edib. O bildirib ki, iyunun 3-də «City Taxi» xidmətinin əməkdaşları tərəfindən ona qarşı hörmətsizlik olunub: «Həmin gün mən şəxsi istifadəmdə olan mobil nömrədən «City Taxi» xidmətinin *8844 nömrəsinə 18:19-da zəng edərək özünü Yaqub adıyla təqdim edən operatorla danışdım və yaşadığım ünvandan Yeni Yasamalda yerləşən «Gülüstan» şadlıq sarayına taksi sifariş verdim. Operator mənə bildirdi ki, taksi 15 dəqiqə ərzində sizin ünvana yaxınlaşacaq və 18:21-də həmin xidmət tərəfindən mənə mesaj gəldi ki, sizin sifarişiniz qəbul olundu.
Sonra 18:22 yenidən mesaj gəldi və həmin mesajda sifariş əsasında «Daewoo Centra» markalı, 99-AL-541 dövlət nömrə nişanlı taksi təyin olunduğu bildirilirdi və mesajda sürcünün mobil nömrəsi qeyd olunmuşdu. 15 dəqiqədən sonra sürücü ilə əlaqə saxlayıb harada olduğunu soruşdum və mənə yaxınlıqda olduğunu, 5 dəqiqə ərzində çatacağını bildirdi. Bir neçə dəqiqədən sonra sürücü mənə zəng edərək gələ bilıməyəcəyini bildirdi. Sürücü mənə dedi ki, zəng edim xidmətə deyim ki, sürücünü xəttdən çıxarsınlar. Mən yenidən *8844 nömrəsinə zəng edərək sürcünün mənə dediklərini xidmətin özünü Nərmin adı ilə təqdim edən operatoruna bildirdim. Operator mən dedi ki, belə şey ola bilməz, biz sürücü ilə əaqə saxlayıb sizə məlumat verərik. Lakin üstündən 10 dəqiqə keçdi və mən yenidən xidmətə zəng etdim, bu dəfə Yaqub adlı operator cavab verdi, Məsələni yenə də olduğu kimi danışdım. Həmin operator da mənə bildirdi ki, sürcü ilə əlaqə saxlayıb sizə məlumat verərik. 10 dəqiqədən sonra yenə əlaqə saxladım və mənə taksinin niyə gəlib məni götürmədiyi barədə heç bir informasiya verilmədi. Bütün bunlar mənim 2 saata qədər vaxtımı aldı və nəticədə mənim üçün təyin olunduğu bildirilən taksi gəlib çıxmadı.
Sürücünün məni aldadaraq uzaq məsafəyə müştəri götürdüyünü və buna həmin kobud danışan operatorların şərait yaratdığını düşünürəm. Məqsədim məsələni ictimailəşdirməklə digər insanların da bu xidmətin çirkin əməllərinin qurbanı olmamağa çalışmaqdır. Şirkət rəhbərliyi tərəfindən hadisə ilə bağlı mənə izahat verilməsini və rəsmi şəkildə üzr istəməsini tələb edirəm. Əks təqdirdə məhkəməyə müraciət edəcəm».
Emin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










