COP29: İqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ

İllər boyu iqlim dəyişmələri mövzusunu araşdıran alimlərin bir qismi bunun inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrdəki tərəqqinin sürətinin qarşısının alınması üçün ortaya atılmış boş fikir olduğunu iddia etsə də, digərləri iqlim dəyişmələrinin bəşəriyyət qarşısında duran ən ciddi problem olduğunu izah etməyə çalışıb. İqlim dəyişmələrinin həqiqətən də baş verdiyini iddia edən alimlərin fikrinə əsasən, problemin kökündə Yer kürəsinin karbon-dioksid (CO2) və digər istilik effekti yaradan (parnik) qazların udulması potensialı durur. Bu nə deməkdir?
Müxtəlif növ tərəvəz və bitkilərin yetişməsi üçün lazımi temperaturu yaradan istilikxanalar kimi, atmosferdəki qazlar da günəşdən gələn istiliyi tutub saxlayaraq planetimizdə bizim yaşamağımız üçün zəruri istiliyi yaradır. Alimlərin hesablamalarına əsasən, əgər atmosferdə bu qazlar olmasaydı, onda Yer kürəsində orta illik temperatur təxminən -19°C olardı. CO2 və digər qazlar atmosferin üst qatlarında günəşdən gələn istiliyi tutub saxlamaqla bizi hədsiz istilikdən mühafizə edərək bir növ görünməz mühafizə zolağı yaradırlar. Beləliklə, onlar dünyada insanların normal yaşaması və fəaliyyət göstərməsi üçün zəruri temperaturun formalaşmasında müstəsna rol oynayırlar. XX əsrin ortalarından etibarən sənayenin inkişafı və enerji əldə etmək məqsədilə üzvi maddələrin yandırılması nəticəsində atmosferdə CO2 və digər istilikxana qazlarının həcmi sürətlə artıb. Bu da öz növbəsində günəş istiliyinin atmosferdə daha çox miqdarda saxlanmasına səbəb olur.
Atmosferdə sərhədlərin olmaması və CO2-nin havada sərbəst hərəkəti, hətta yuxarıda adıçəkilən mənbələrin zəif inkişaf etdiyi və ya mövcud olmadığı yerlərdə temperaturun artmasına gətirib çıxarır. Bu da alimlər tərəfindən qlobal istiləşmə adlandırılır.
İqlim dəyişmələri insan inkişafına birbaşa təhlükədir. İqlim dəyişmələri dünyanın bütün ölkələrinə və hər kəsə təsir göstərir. Lakin dünyanın yoxsul insan təbəqələri iqlim dəyişmələrinə daha həssasdırlar. Onlar təhlükənin bir addımlığında dayanır və ona qarşı mübarizə aparmaq üçün çox az resursa malikdirlər. İqlim dəyişmələri Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq yolunda müxtəlif əngəllər yaradır, ölkələr daxilində və dövlətlər arasında bərabərsizliyi artırır. Əgər məsələyə vaxtında diqqət yetirilməsə, iqlim dəyişmələri gələcəkdə nəinki zəif inkişaf etmiş ölkələri, hətta varlı ölkə və gələcək nəsilləri də ağuşuna alacaq. Sevindirici haldır ki, iqlim dəyişmələri problemi indi təkcə elmi cəmiyyəti deyil, adi insanları, hökumət nümayəndələrini və siyasətçiləri də narahat etməyə başlayıb.
Məsələ ilə bağlı akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun iqtisadiyyat və coğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Nəriman Paşayev deyib ki, Azərbaycan iqlim dəyişikliyinə qarşı böyük işlər görməlidir:
"Qlobal iqlim dəyişikliyi insanların həyat və təsərrüfat fəaliyyətinə təsir göstərir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












