"Çörək bahalaşmayacaq"

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra çörək istehsalçıları məhsulun qiymətini qaldırıb. Çörəyin qiymətinin qalxması da bəzi dedi-qodulara yol açıb. Hətta bəzi iqtisadçılar Azərbaycanda un və taxılın qiymətinin kəskin artacağını, nəticədə çörəyin bahalaşacağını proqnozlaşdırır.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə İdarəsinin rəisi Zülfüqar Məmmədov Qaynarinfo-ya açıqlamasında taxıl qıtlığı ilə bağlı verilən "şərhlərin” əsassız olduğunu və bu cür açıqlamaların əhali arasında ajiotaj yaratmaqdan başqa bir işə yaramadığnı bildirib:
"Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var. Bunun miqdarı dövlət sirri olduğundan açıqlamıram. Hesab edirəm ki, ölkəmizdə kifayət qədər taxıl ehtiyatı mövcuddur. Əhalinin bu məhsula olan ehtiyacı tam ödənilir. Heç bir qorxuya və ajiotaja ehtiyac yoxdur. Bu gün səhər də taxıl ehtiyatı ilə bağlı yenidən müzakirə aparıldı və bu məsələ hökumət tərəfindən birmənalı həll edilib. Əmin olun ki, hər şey nəzarət altındadır”.
Çörəyin qiymətinin bahalaşmasına gəlincə, Zülfüqar Məmmədov bildirib ki, bu gün səhər bu məsələ də müzakirə edilib: "Azərbaycanda çörəyin qiyməti bahalaşmayacaq. Süni qiymət artımının da qarşısı alınacaq”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












