“Culfa” tankerinin təmiri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankeri təmir olunub.
Avtosfer.az-ın ASCO-ya istinadən verdiyi məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.
Həmçinin avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi qazanların klapanları, baş və köməkçi mühərriklərdə yağ və hava soyuducuları, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri, nasosları təmir olunub. Bundan başqa, gəmidə lazımi gövdə-qaynaq işləri aparılıb, onun idarəetmə sistemləri sazlanıb.
Təmirdən sonra gəmi yenidən istismara qaytarılıb.
Qeyd edək ki, “Culfa” tankeri indiyədək “Şuşa” adı ilə istismar edilirdi. Dəyişiklik Xəzərdənkənar sularda eyniadlı gəminin (“Aframax” tipli “Şuşa” tankeri) istifadəyə verilməsi nəzərə alınaraq həyata keçirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












