Daha bir heyvan bazarının fəaliyyətinə icazə verildi - VİDEO

Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Bazarın bioloji təhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq infrastruktur işləri həyata keçirilib.
AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb. Baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkarlanan heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar inşa edilib.
Eyni zamanda bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, yem anbarı yaradılıb, iri və xırdabuynuzlu heyvanlar üçün ayrıca satış pavilyonları təşkil edilib.
Aparılan qiymətləndirmə nəticəsində bazarda biotəhlükəsizlik tələblərinin təmin edildiyi, eləcə də dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən olunub.
Qeyd edək ki, bundan öncə Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












