Daha bir məmur oğlundan qudurğanlıq – sürücünü döydülər

Azərbaycanda daha bir yüksək vəzifəli məmur oğlunun qudurğan hərəkəti qeydə alınıb. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədr müavini Gəray Fərhadovun oğlu küçənin ortasında “KaMaz” markalı avtomobil sürücüsünü döyüb. Hadisə Sumqayıt şəhərində baş verib. Sədr müavininin oğlu Elvin Fərhadov yolda ötmə əməliyyatı etmək istəyərkən “KaMaz” sürücüsü ona mane olub. Buna əsəbiləşən Elvin Fərhadov dostları ilə birgə sürücünün qabağını kəsib, möhkəmcə əzişdirib. Nurlan adlı sürücü Sumqayıt şəhər Travmatoloji Xəstəxanasına yerləşdirilib.
Hadisəni polis tərəfindən qeydə alınıb-alınmadığı barədə məlumat yoxdur.
Qeyd edək ki, Azərbaycanda məmur övladlarının harın hərəkətləri ilə bağlı dəfələrlə ölkə başçısı səviyyəsində sərt xəbərdarlıqlar edilib. Övladları qudurğan hərəkətlər edən məmurların cəzalandırılacağı qeyd olunub.
Xatırladaq ki, Gəray Fərhadov sədr müavini olsa da, əslində onun nəzarətində böyük maliyyə tutumu olan işlər var. Beləki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsi tərəfindən həyata keçirilən bütün tikintilər sözügedən şəxsin nəzarətindədir.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












