Daha bir sürücü 90-lıq yolda 81-lə radara düşdü - VİDEO

Cəlilabad rayon sakini Elşən Əliyev avtomobili ilə paytaxtdan qayıdarkən Ələt-Astara yolundakı rayon qeydiyyatlı avtomobillərin saxlanılması üçün ayrılan dayanacağın qarşısında radara düşüb. Sürücü iddia edir ki, həmin vaxt ərazidə maksimum sürət həddi 90-nı göstərdiyi halda, onun ünvanına həmin ərazini saatda 81 km sürətlə keçməsinə dair elektron protokol gəlib. Bu cərimə ilə razılaşıb ödəniş edən sürücü 4 ay sonra həmin ərazidə yenidən radara düşüb, bu dəfə isə maksimum sürət kimi 70-in göstərilməsi sürücünü çaş-baş salıb. Üstəlik, sonuncu qayda pozuntusu “İ-patrul” sistemi ilə qeydə alınıb.
Elşən Əliyev iddia edir ki, ərazidə sürət həddi saatda 90 km. olmasına baxmayaraq, onun aşağı sürətlə radara düşməsi, üstəlik hər dəfə sürət limitinin dəyişik formalarda qeyd edilməsi qanunsuzluqdur.
Baş Dövlət Yol Polisİ İdarəsinin şöbə müdiri Kamran Əliyev bildirir ki, həmin ərazidə piyada keçidi olduğundan maksimum sürət 90 yox, 50 olub . Amma 4 aydır ki, həmin ərazidə makisumum sürət limiti 50-dən 70-ə qaldırılıb. Bu, yolun kənarındakı nişanlarda da göstərilib. Hər bir halda sürücünün ona tətbiq edilən protokol ilə bağlı narazılığı varsa, Baş Dövlət Yol Polisi İdarəsinə məktub üvanlamalıdır ki, ona rəsmi şəkildə cavab verilsin.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












