Daşkəsəndə kişi döyülüb bıçaqlandı - YENİLƏNİB

Daşkəsən rayonunda mübahisə zəminində tanışını bıçaqlayan şəxs saxlanılıb.
"Report"un məlumatına görə, 57 yaşlı İqbal İsmayılova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, 1978-ci il təvəllüdlü Mübariz Novruzov tutulub.
Qeyd edək ki, mübahisə zamanı bıçaqlanan şəxs sərxoş olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
09:20
Daşkəsən şəhərində yerli sakin mübahisə zəminində müxtəlif bədən xəsarətləri alıb.
Report-un məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb.
Daşkəsən rayon sakini 1964-cu il təvəllüdlü İqbal İsmayılov mübahisə zəminində döyülüb və daha sonra bıçaqlanıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Ona sol qabırğa üstü nahiyəsindən bir bıçaq zərbəsi endirilib. Həmçinin döyülərək üz və baş nahiyəsindən də müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır .
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












