Dayanacaqlardakı elektron tablolar sərnişinləri çaş-baş salıb - VİDEO

Dayanacaqlarda quraşdırılmış və avtobusların getdiyi yerləri və gəlmə vaxtını göstərən elektron tablolar indi istifadəsiz qalıb. Buna səbəb marşurut xətlərində olan dəyişikliklərin bu tablolarda öz əksini tapmamasıdır.
Avtobus dayanacaqlarındakı elektron tablolar sərnişinləri çaş-baş salır. Monitorda marşurutun ərazidən keçdiyi göstərilsə də, həmin avtobus dayanacağa yaxınlaşmır.
Eyni hal Ziya Bünyadov prospektindəki dayanacaqlarda da müşahidə edilir. Üstəlik, bu tablolarda avtobusların gəlmə vaxtı ya heç göstərilmir, ya da səhv göstərilir. Bu isə sərnişinlərdə həmin tablolalara qarşı inamsızlıq yaradır.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilir ki, məsələdən xəbərdardırlar. Sadəcə olaraq hər bir marşurut xəttində baş verən dəyişikliyi sistemə tək-tək əlavə etmək mümkün deyil. Paytaxtdakı marşurut xətlərində edilən dəyişikliklər tam başa çatdıqdan sonra sistem yenidən yüklənəcək və problem birdəfəlik həll ediləcək.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












