Dəhşət! Anasının əlini buraxıb qaçan 5 yaşlı qız maşın vurub öldürdü

Oğuzda 5 yaşlı uşağı maşın vurub öldürüb. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsindən APA-ya verilən məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 122-ci kilometrliyində, Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü, Oğuz rayonunun Kərimli kənd sakini Abdulla Rəşidinoviç Ziyayev idarə etdiyi “Saipa Sara” markalı 48 BC 530 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidən Oğuz rayonu istiqamətində hərəkətdə olarkən qəfildən magistral yolun hərəkət zolağına çıxan, 2010-cu il təvəllüdlü, rayonun Bucaq kənd sakini Ləman Əfqan qızını Rəşidlini vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan 5 yaşlı Ləman Rəşidli hadisə yerində ölüb.
Məlumata görə, L.Rəşidli mikroavtobusdan düşərkən anasının əlini buraxaraq yolun hərəkət zolağına qaçıb.
Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












