Dələduzluqda ittiham olunan və məhkəmədən bəraət alan şəxs yenidən həbs edilib

Külli miqdarda dələduzluqda ittiham olunan, daha sonra məhkəmə tərəfindən bəraət alan şəxs yenidən həbs edilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alan Vüqar Elşad oğlu Məhərrəmov barəsində prokurorun verdiyi prostestə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun protesti haqlı hesab edilərək təmin edilib.
Belə ki, Vüqar Məhərrəmovla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilən bəraət hökmü ləğv edilib. Yeni hökmlə V.Məhərrəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, V.Məhərrəmov 92 min manat dələduzluq etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.
(report)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












