Dəmir Yolları Bakı 2015-ə görə qrafiki dəyişdi

Birinci Avropa Oyunları zamanı 12-28 iyun tarixində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun anspress-ə verdiyi məlumata görə, QSC-nin və Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları vağzallarda, stansiyalarda, körpülərdə, keçidlərdə, Bakı qovşağı ərazisində hərəkət edən yük və sərnişin qatarlarında mühafizə sistemini gücləndirəcək.
Beynəlxalq sərnişin qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər əlaqədar işçilərlə sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı təlimatlar aparılıb.
Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə Bakı və Sumqayıt sərnişin stansiyalarında və Gəncə vağzalında səsli məlumatlar azərbaycan, rus və ingilis dillərində səsləndiriləcəkdir.
Eyni zamanda, Bakı sərnişin stansiyasının rəsmi nümayəndələr zalında daimi ingilis və rus dillərində tərcüməçilər olacaq. Bakı sərnişin stansiyasından Koroğlu dayanacağına (metronun eyniadlı stansıyasının yanı) kimi yeni alınmış ikimərtəbəli elektrik qatarları işləyəcək.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












