Dəmir yolu xəstəxanaları bu qurumların tabeliyinə verildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilir.
İcrasına 1 yanvar 2025-ci il tarixindən başlanacaq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında qərar”ın əsas məqsədi həmin xəstəxanaların müvafiq sahəvi qurumların tabeliyində daha peşəkar və mərkəzləşdirilmiş idarəçiliyini təşkil etmək və əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir.
Qeyd edək ki, ADY müasir və səmərəli idarəçiliyə, müştəriyönümlü və çevik şirkət modelinə keçid edir və onun fəaliyyətlərinin ana xəttini dəmir yolu daşımaları, dəmir yolu infrastrukturun saxlanması və inkişafı, müvafiq maddi-texniki bazanın müasirləşdirilməsi və dəmir yolları üzrə kadr hazırlığı təşkil edir. Bu baxımdan, tibb xidmətləri ADY-nin fəaliyyəti üçün qeyri-profil fəaliyyət istiqaməti kimi müəyyən edilib.
Bu təcrübə Avropanın və dünyanın bir sıra inkişaf etmiş ölkələrində də tətbiq edilir. Analoji qərarlar dəmir yolu sənayesinin öz profili üzrə ixtisaslaşmasını, yük sahibləri və sərnişinlərə göstərilən xidmətlərin şaxələndirilməsini, infrastruktur quruculuğunu və bir çox digər aidiyyəti fəaliyyətləri dəstəkləmək məqsədi daşıyır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












