Dəmiryolçular kütləvi tətil planlaşdırırlar

Fransa Dəmir Yolları Milli Şirkətinin (SNCF) əməkdaşları mayın 21-də kütləvi tətil keçirmək niyyətindədirlər. "Report" xəbər verir ki, bu barədə aksiya təşəbbüsü ilə çıxış edən həmkarlar ittifaqlarından biri “Sud-Rail” məlumat yayıb. "Fransa Dəmir Yolları Milli Şirkətində “Sud-Rail”in təşəbbüsü ilə mayın 21-də İl-de-Frans ərazisindəki “səfərbərlik” çox güclü olacaq, bu dəqiqdir. Ertəsi gün SNCF-nin rəhbərliyi ilə tələblərimizə cavab verməli olacaq danışıqlar planlaşdırılır", - açıqlamada deyilir. "Ümumi əmək Konfederasiyası" (CGT) və "Milli Muxtar Həmkarlar İttifaqları Birliyi" (UNSA) da qarşıdakı tətilə qoşulduqlarını bildiriblər.
“Les Echos” qəzetinin məlumatına görə, SNCF beynəlxalq yarışlar zamanı işləyəcək əməkdaşlara gündəlik 50 avro, məzuniyyətlərini təxirə salmağa məcbur olanlara isə 200-500 avro məbləğində mükafat ödəməyi təklif edir. “Sud-Rail” öz növbəsində, gündəlik mükafatı 100 avroya qaldırmağı, eyni zamanda bütün SNCF işçilərinə birdəfəlik 1 000 avro ödəməyi və aylıq maaşı 400 avro artırmağı tələb edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












