Dənizçinin şəxsiyyət sənədinin verilməsi ilə bağlı dövlət rüsumu artırılır

Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu artırılır.
Avtosfer.az bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanunun 28-ci maddəsinə (Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri) dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliklə qanunun 28.14-cü bəndi yeni redaksiyada verilir.
Yeni redaksiyaya əsasən, dənizçinin şəxsiyyət sənədi on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 120 manat dövlət rüsumu tutulacaq.
Hazırda dənizçinin şəxsiyyət sənədinin verilməsinə görə rüsum 30 manat təşkil edir. Lakin hazırda qanunda dənizçinin şəxsiyyət sənədinin on iş günü müddətində verildilməsi və ya dəyişdirilməsi, beş iş günü müddətində verilməsi və ya dəyişdirilməsi, bir iş günü müddətində verilməsi və ya dəyişdirilməsi ilə bağlı məslələr öz əksini tapmayıb.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












