Deputat: "Azərbaycanda polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır"

"Korrupsiya ilə mübarizə sahəsində qanun qəbul etmişik, amma bununla bağlı profil qurum Milli Məclisə hesabat vermir".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Azərbaycanda polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır:
"Hərbidə olduğu kimi, polis kollecləri də yaradılmalı, qəbul testlə olmalıdır. Belə olmasa, onlar nə öz hüquq və vəzifələrini, nə də vətəndaşın hüquq və vəzifələrini mənimsəyə biləcəklər".
Deputat deyib ki, insan alverinə dair və bu kimi hesabatlar Milli Məclisin profil komitəsində müzakirə edilməlidir:
"Əgər hansısa məqam olarsa, plenar iclasda müzakirəyə çıxarıla bilər".
Qüdrət Həsənquliyev əlavə edib ki, Milli Məclisdə verilən hesabatlar qeyri-qənaətbəxş hesab olunarsa, həmin qurumun başında duran şəxs və ya Hesablama Palatasının auditorları istefa verməlidirlər.
(APA)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












