Dərman və vaksinlərin əlavə təsirləri barədə məlumat vermək üçün onlayn sistem yaradılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında bildirişlərin (məlumatların) onlayn şəkildə ötürülməsi üçün görülən işlər başa çatıb.
AEM-dən verilən məlumata görə, pasiyentlər, pasiyent yaxınları və tibb işçiləri onlayn portal vasitəsi ilə dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər barədə məlumatları daha rahat şəkildə ötürə biləcəklər. Sistemin əsası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Dərman Monitorinqi Mərkəzi tərəfindən hazırlanıb və burada təqdim etdiyiniz məlumatlar ÜST-ün əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürüləcək. Onlayn bildirişlərin ötürülməsi üçün https://primaryreporting.who-umc.org/az linkindən istifadə edərək daxil olmaq mümkündür.
Qeyd edək ki, təqdim edilən məlumatlara Mərkəz tərəfindən nəzarət ediləcək.///Apa
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












