DGK : “Nəqliyyatın növbəsiz keçməsi üçün qeyri-qanuni vəsaitlər alınmır”

Dövlət Gömrük Komitəsinin (DGK) Türkiyə ilə sərhəddə yerləşən “Sədərək” gömrük postundan nəqliyyat vasitələrinin növbəsiz keçidinin müqabilində gömrük əməkdaşlarının qeyri-qanuni vəsaitlər almasına dair yayılmış məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə Komitədən bildirilib.
Məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində “e-növbə” və “Sürətli keçid” xidmətlərindən istifadə etməklə nəqliyyat vasitələrinin növbəsiz keçidini təmin olunması müqabilində qeyri-qanuni vəsaitlərin alınmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Nəqliyyat vasitəsinin növündən, yükün xüsusiyyətindən və sürücü daxil olmaqla sərnişinlərin sayından asılı olaraq əvvəlcədən Komitənin internet səhifəsi, “Smart Customs” mobil tətbiqi üzərindən qeydiyyatdan keçməklə yuxarıda qeyd olunan xidmətlərdən istifadə etmək mümkündür. Xidmətlərdən faydalanmaq üçün tələb olunan ödənişlər nağdsız şəkildə onlayn qaydada həyata keçirilir. Ödənişin nağd qaydada həyata keçirilməsi isə, ümumiyyətlə texniki olaraq mümkün deyil.
“Gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və sərhədkeçmə zamanı şəxslərin və nəqliyyat vasitələrinin növbədə durmaqla vaxt itkisinə yol verməməsi, fiziki növbənin azaldılması və sürətli keçidin təmin edilməsi üçün 23 avqust 2019-cu ildə “Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin sürətli keçidinin idarə olunması üzrə Texnoloji Sxem” təsdiq edilib. Texnoloji sxemə əlavə edilmiş razılaşma protokoluna əsasən dövlət sərhədindən buraxılış məntəqələrində “e-Növbə” və “Sürətli keçid” xidmətlərinin tətbiqinə başlanıb”, - deyə açıqlamada qeyd olunub. (report)
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










