Banner

Diqqətli olun – Yol polisi 40 manat əvəzinə 60 manat - 3 bal cərimə yazır - VİDEO

Xəbərlər 22 Avqust 2016 14:10 Oxunub 33291
Diqqətli olun – Yol polisi 40 manat əvəzinə 60 manat - 3 bal cərimə yazır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda yol polisi yeni metoda əl atıb – “Sənə hörmət edib, “yumşaq” cərimə yazıram” deyir, amma…

Bakıda son günlər sürücülərlə yol polisi arasında münasibətləri gərginləşdirən daha bir yolayrıcı Avtosfer.az-a daxil olan şikayətlər arasında aktuallaşıb. Belə ki, «Koroğlu» metrostansiyasının yaxınlığında, Atletlər kəndinin yanından Ziya Bünyadov prospektinə çıxarkən yol polisi sürücüləri cərimələyir. Amma hamını yox, bəzilərini…

Belə şikayətlərdən biri də Avtosfer.az-a Fuad Məmmədov tərəfindən ünvanlanıb. Məktubda qeyd edilir: “Mən və dostum Lətif Baxışov 2 ayrı maşınlar (“Mazda-3” və “BMW 325i” markalı) hərəkət edirdik. “4-cü uzununa” adlı küçədən Ziya Bünyadov prospektinə çıxıb, Qara Qarayev prospektinə doğru hərəkət etmək üçün «Koroğlu» körpüsünə sol hərəkət zolağındakı hərəkət iştirakçılarına yol verməklə çıxdıq. 478 saylı YPX ekipajı hər ikimizə elə körpünün üzərində saxlama əmri verdi, biz də körpünü düşmədən saxladıq. Bakı şəhər DYPİ-nin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı Əliyev Səxavət Vilayət oğlu (7-ci tağım) öncə bildirdi ki, 100 manat, 4 bal cərimə olunursunuz. Biz qarşı hərəkət zolağına çıxmadığımızı bildirdikdə isə dedi ki, fərq etməz, qoşa xətt tapdalanıb, Ziya Bünyadov prospektində sürət həddi 90 km/saat olduğu üçün qarşı hərəkət kimidir. Etirazımızı bildirdikdə inspektor «sürücülərin dostu» kimi davranaraq, “yumşaq cərimə yazarıq, 3 bal, 60 manat» deyərək bort-kompüterdə qeydlər apardı. Biz əgər manevr qaydası pozulubsa, körpüyə daxil olarkən gözləmə adacağını keçmişiksə, ən pis halda 40 manat cərimələnməliyik deyib irad bildirsək də, bizə “əslində 100 manat 4 baldır, sizə hörmət edib 60 manat 3 bal yazırıq”-deyib protokolu təqdim etdi. «Asanpay»dakı şəxsi kabinetdə İXM 327.1 yazılsa da (327.1-in cərimə məbləği 40 manat, cərimə balı yoxdur), polisin təqdim etdiyi protokolda 327.2 maddəsi qeyd edilib. Xahiş edirəm, Avtosfer.az olaraq, bizim kimi çoxsaylı sürücülərin bu suallarına cavab tapmaq üçün məsələni araşdırasınız:

1) Əgər “4-cü uzununa” adlı küçədən Ziya Bünyadov prospektinə çıxışa icazə verilirsə, maneəni sağdan və soldan ötmək yol nişanı qoyulubsa, biz də soldan ötərək hərəkəti davam etdirmişiksə, biz yanlış etmişik, yoxsa yol hərəkəti düzgün təşkil olunmayıb?;

2) Yol polisinin sürücüləri körpüdə saxlama icazəsi varmı? (bildiyimə görə, körpüdə dayanma-durma qadağandır); 3)

Yol polisinin öncə “100 manat, 4 bal deyib”, sürücünün İXM haqqında məlumatlı olduğunu bildikdən sonra “yumşaltması” nə dərəcədə qanunidir?;

4) Protokolların hansı etibarlı sayıla bilər – ASAN ödənişdəki 327.1-mi, yoxsa yol polisinin təqdim etdiyi 327.2-mi?;

5) Yol polisinə həmçinin sualla müraciət etdim ki, avtobuslar da məndən öncə həmin yoldan həmin körpüyə çıxdılar. Niyə məhz biz? Cavabı isə belə oldu ki, avtobuslara icazə var. Əgər elədirsə, qeyd edə bilərsinizmi, əgər inspektorun dediyi kimi, manevr təhlükəlidirsə, ictimai nəqliyyatdan istifadə edənlər təhlükəyə atılmırmı? Avtobus sürücüləri üçün qanun ayrıdırmı?”.

Biz Avtosfer.az olaraq, oxucunun qeyd etdiyi yerə baxış keçirdik. Orada sürücülərin əksəriyyəti, həmçinin, avtobuslar körpünün üzərinə çıxmaq üçün manevr edirlər. Müşahidələrimiz zamanı yol polislərinin qarşısında eyni manevri edənlərin cərimələnmədiyinin şahidi olduq. Daha aydın görünməsi üçün yolun əks tərəfindən bir neçə video-görüntü də qeydə aldıq. Oxucuya tövsiyə edirik ki, 10 gün ərzində protokoldan şikayətlə BŞDYPİ-yə ərizə ilə müraciət etsin. Oxucunun verdiyi suallara cavablandırmağı isə Dövlət Yol Polisinə həvalə edirik.

Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az saytı ilə əlaqə saxlayaraq bildirdi ki, artıq hər iki sürücünün Baş DYPİ-nin rəhbərliyinə etdiyi online müraciət qeydə alınınb və araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Emil 6 Dekabr 2020 00:10
sizden mene kömeklik etmeyinzi xahiş edirem men qeza töretmişem amma günahımın düzgün araşdırılmağını isdeyirem men hereket zolağını 80 % qet etmisdim ki sağdan yüksek süretle 90 100 km süretle meni sağdan vfurub maşınımı fırlatdı Sürücüde boynunaalırki yüksek süretle gelirdim