DİN-də kollegiya iclası keçirilib - FOTO

Daxili İşlər Nazirliyində axtarış işinin, müvəqqəti saxlama yerlərində xidmətin təşkili, orqan və hissələrdə qanunçuluğun təmini üzrə fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov öncə əməliyyat-xidməti fəaliyyətin nəticələrinə toxunaraq cari ilin 8 ayında cinayətlərin 85,3 faizinin açıldığını, qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, qrup halında və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin ötən ilin 8 ayı ilə müqayisədə xeyli azaldığını, qanunsuz dövriyyədən 1 ton çox, yəni 2,5 tona yaxın narkotik vasitənin çıxarıldığını, bu cinayətlərə görə 3634 nəfərin məhkəmə məsuliyyətinə cəlb edildiyini və başqa müsbət nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Eyni zamanda, kriminogen duruma təsiri, vətəndaş məmnunluğuna nail olunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından Kollegiyanın müzakirəsinə çıxarılan hər üç məsələnin aktual olduğunu bildirib.
İclasın gündəliyi üzrə Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov və Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis polkovniki Elman Qasımov məruzə ilə çıxış edərək həyata keçirilən tədbirlərdən, əldə edilmiş nəticələrdən, eləcə də xidməti fəaliyyətdə mövcud olan çatışmazlıqlardan və onların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlərdən danışıblar.
Müzakirə olunan məsələlər ətrafında bır sıra ərazi orqanlarının rəisləri çıxış edərək görülmüş işlər və mövcud nöqsanların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Kollegiya iclasına yekun vuran general-polkovnik Vilayət Eyvazov hər üç məsələ ilə bağlı qarşıda duran vəzifələri müəyyən edərək konkret tapşırıqlar verib, həmçinin əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?













