DİN-dən Bakıda əməliyyatlar: oğurluq, silah, narkotik...

Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən oyun zalında bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.Məmmədov saxlanılıb.
Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfərin pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən 39 yaşlı R.Babayev saxlanılıb.
Ondan metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Sentyabrın 23-də Nəsimi rayonu ərazisində bir nəfərin kuryer çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 3 yeniyetmə saxlanılıb.
Onların sentyabrın 22-də daha bir nəfərin kuryer çantasını oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə 44 yaşlı C.Kərimov şübhəli şəxs qismində saxlanılıb. Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 patron darağı və 1 ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 24-də ümumi çəkisi 9,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 2160 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












