DİN-dən əməliyyat: Polis qanunsuz silah saxlayanları aşkarladı - FOTO

Cəlilabad və Biləsuvar sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində beş nəfər Cəlilabad rayon sakini, bir nəfər Biləsuvar rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfənglərini aidiyyəti polis şöbələrinə könüllü olaraq təhvil veriblər.
Füzuli rayon sakini odlu silahını polisə təhvil verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini özündə olan ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.
Saatlı rayon sakinindən də odlu silah aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini özündə olan ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












