DİN-dən evi sökülən vətəndaşın iddialarına CAVAB

Paytaxtın Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində A.Quliyevaya məxsus evin qanunsuz sökülməsi ilə bağlı polis idarəsində müvafiq araşdırmalar aparılmaqla aidiyyəti üzrə göndərilib.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, iyunun 30-da 00:30 radələrində evin qapısının sındırılması, fəhlələr, həmin şirkətin vəzifəli şəxsləri tərəfindən ev sahibəsinin məcburi formada evdən çıxarılması, daha sonra traktorla əşyaları içində ola-ola evin qəsdən sökülməsi, külli miqdarda maddi ziyan vurulması və onun sağlamlığına xəsarətlər yetirilməsi üzrə polisə daxil olan müraciət üzrə bütün xüsuslar araşdırılmaqla müvafiq ekspertizalar təyin edilib.
Araşdırma çərçivəsində həmin şirkətin rəhbər və işçiləri, şikayətçi xanım polis bölməsinə dəvət ediliblər. Polis əməkdaşları tərəfindən bütün xüsuslar üzrə tərəflərin izahatları alınıb, sübutlar toplanılmaqla zəruri tədbirlər icra olunub.
Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, əmlakı qəsdən məhv etmə və zədələmə maddələrinin tərkib əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.
O ki qaldı, şikayətçiyə polis əməkdaşları tərəfindən təzyiq edilməsi iddiaları həqiqəti əks etdirmir. Hadisə baş verən vaxt polis əməkdaşları ərazidə olmayıblar, yalnız müraciətdən sonra polis əməkdaşları əraziyə yaxınlaşaraq, tərəflər arasında mübahisəni dayandıraraq araşdırılması üçün onları polis bölməsinə dəvət ediblər.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












