DİN: Röyal Nuraliyevin cinayət əməli tam sübuta yetirilib

"Elnarə Şıxaliyevanın övladı Röyal Nuraliyevin törətdiyi cinayət əməli istintaq hərəkətləri ilə tam sübuta yetirilib".
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. .
Qeyd olunub ki, R.Nuraliyev 2019-cu ilin oktyabrın 2-də Nəsimi rayonunda Taleh Rüstəmovun sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq edib, daha sonra onu digər ünvana apararaq bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə ələ keçirib: "Fakta görə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanmış cinayət işi üzrə R.Nuraliyev Cinayət Məcəlləsinin 181.2.5 (quldurluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Cinayət işinin istintaqı 2020-ci il martın 26-da tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin 17 avqust 2020-ci il tarixli hökmü ilə R.Nuraliyev müvafiq maddələr üzrə təqsirli bilinərək 8 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə məruz qalması və ibtidai istintaqı aparan müstəntiqin hər hansı tələbinin olması ilə bağlı təqsirləndirilən şəxsin anasının iddiaları tam əsassızdır, həqiqəti əks etdirmir. Övladının təqsirsiz olması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə etdiyi müraciətin xüsasatları müvafiq qaydada araşdırılmaqla təsdiqini tapmayıb".
Qeyd edək ki, Elnarə Şıxaliyeva mətbuata açıqlamasında övladı Röyal Nuraliyevin əsassız ittihamlarla həbs edildiyini söyləyib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












