DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq etdi

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında “onlayn mağaza” adı altında fəaliyyət göstərən ayrı-ayrı səhifələr vasitəsilə vətəndaşların aldadılması, əvvəlcədən ödəniş etdikdən sonra pul vəsaitlərinin mənimsənilməsi halları qeydə alınır.
DİN Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, bu cür səhifələr əsasən Yeni il ərəfəsində daha aktiv fəaliyyət göstərir, “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşların diqqətini cəlb etməyə çalışırlar. Sifariş qəbul edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr deaktiv edilir və ya vətəndaşlarla əlaqə tamamilə kəsilir.
Buna görə kiberdələduzluq hallarının qarşısının alınması və pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aşağıdakılara riayət edilməsi vətəndaşlara tövsiyə edilir:
- Tanımadığınız, rəsmi qeydiyyatı və etibarlılığı şübhə doğuran səhifələr vasitəsilə alış-veriş etməyin;
- Məhsulu faktiki olaraq görmədən və satıcının etibarlılığından əmin olmadan təqdim edilən bank kartlarına əvvəlcədən pul köçürməyin;
- Şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərini, kartın üzərindəki CVV/CVC kodunu və birdəfəlik təsdiq şifrələrini üçüncü şəxslərlə paylaşmayın;
- Alış-veriş zamanı yalnız rəsmi sayt və platformalardan, ödəniş təhlükəsizliyi təmin olunan sistemlərdən istifadə edin.
Vətəndaşlardan sosial şəbəkələrdən istifadə zamanı daha diqqətli olmaları, şübhəli elan və səhifələrə qarşı ehtiyatlı davranmaları, qeyd olunan hallarla üzləşən şəxslərin dərhal polisə müraciət etmələri xahiş olunur.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












