Doqquz il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində doqquz il əvvəl ölkə vətəndaşı Dmitri Şarovu qətlə yetirməkdə təqsirləndirilən Elvin Abbasova hökm oxunub.
Avtosfer.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Həmçinin zərərçəkənin varisi tərəfindən verilən mülki iddia təmin edilib. Belə ki, təqsirləndirilən şəxsdən 10 159 manat alınaraq zərərçəkən tərəfə verilməsi ilə bağlı qərar qəbul olunub.
Qeyd edək ki, hadisə doqquz il əvvəl - 2015-ci ilin oktyabr ayında sözügedən şəhərdə baş verib.
Məlumata görə, təqsirləndirilən şəxs Moskva vilayətində bazarda işləyib. E.Abbasov işlədiyi yerin yaxınlığında tanışları Elşad Musayev və Aleksandr Şadrinlə spirtli içki qəbul edib. Daha sonra E.Musayev tanışı E.Abbasova Dmitri Şarov adlı şəxslə dalaşdığını bildirib. Elvin Dmitrinin dostu Elşada qarşı olan hərəkətlərindən hiddətlənərək kafenin çıxışında onunla əlbəyaxa olub. Həmin vaxt üzərində olduğu bıçaqla ona xəsarət yetirməsi nəticəsində Dmitri Şarov həyatını itirib.
E.Abbasov ifadəsində bildirib ki, hadisədən sonra Belarusa, oradan təyyarə ilə Gürcüstana gedib, daha sonra isə Azərbaycana qayıdıb. O, axtarışda olduğunu bilməyib, 2023-cü il aprelin 28-də tutulub.
E.Abbasov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
(report)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












