Dövlət Dəmir Yollarında hansı dəyişikliklər olacaq? - 14 ay davam edən yoxlamalar başa çatıb...

Azərbaycan Dövlət Dəmir Yolları (ADDY) Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib. Bu, qurumun sədr müavini Hicran Valehovdur.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ADDY-nin rəhbəri Cavid Qurbanov vəzifəsindən azad edilərək Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunub. Onun vəzifəsinə isə təyinat həyata keçirilməyib.
Xatırladaq ki, ötən il martın 31-də Prezidentin Sərəncamı ilə ADDY-də Müşahidə Şurası yaradılıb və ona İqtisadiyyat naziri Mikayıl Cabbarov sədrlik edir. Sözügedən sərəncamda qeyd olunub ki, Müşahidə Şurası 6 ay müddətində Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini təsdiq etməlidir. Habelə qurumda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, Cəmiyyətin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Prezidentinə təqdim edilməsi də Müşahidə Şurasına tapşırılmışdı.
Prezidentin sərəncamında göstərilən müddətdən kifayət qədər uzun müddət keçib. Görünür, Müşahidə Şurasının ADDY-də apardığı diaqnostika işlərini başa çatdırmaq üçün daha böyük zamana ehtiyac olub. Ehtimal etmək olar ki, qurumun strukturu, idarəolunması qaydaları tamamilə dəyişdiriləcək. Bəzi müşahidəçilər isə Səhmdar Cəmiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcəyini istisna etmirlər.
"AzPolitika.info"
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI










