Dövlət Gömrük Komitəsinin yeni medallarının kimlərə veriləcəyi məlum olub

“Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı ilə gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə gömrük işinin təşkilində, təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər təltif ediləcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və plenar iclasa tövsiyə edilən “Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı haqqında” Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə əsasən, yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Eyni zamanda Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalının təsviri də təsdiq ediləcək.
“Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı haqqında Əsasnamə”yə əsasən isə “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı ilə aşağıdakı şəxslər təltif olunacaqlar:
- Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə Azərbaycanın və xarici ölkələrin dövlət qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri;
- Gömrük orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi işində kömək göstərdiklərinə görə, Azərbaycan vətəndaşları;
- Azərbaycan ilə gömrük işi sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə xarici ölkələrin vətəndaşları.
Əsasnaməyə əsasən “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Layihəyə əsasən, “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalının təsviri təsdiq ediləcək.//Apa
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












