Dövlət qoruğunda balıq ovu ilə məşğul olan şəxslər tutuldu

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.
Keçirilən tədbirlər zamanı Masallı rayonu Qızılağac kəndi istiqamətində Qızılağac Milli Parkının Böyük Körfəz su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon sakinləri İlkin Qurbanov və Alim Həsənov saxlanılıblar.
Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri iki ədəd mühərrikli qayıq, iki ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb. İ.Qurbanov və A.Həsənovun ümumilikdə təbiətə 2 211 manat dəyərində maddi ziyan vurduqları müəyyən edilib.
Onu da bildirək ki, Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları ekoloji cinayət törədənlərlə yanaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini də davam etdirir. Təkcə cari ilin ötən dövrü ərzində şöbə əməkdaşları tərəfindən 7 kiloqramdan artıq güclü təsiredici xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












