DSX ölkəyə narkotik gətirilməsinin qarşısını alıb, çoban saxlanılıb - FOTO

Dövlət Sərhəd Xidməti ölkəyə narkotik gətirilməsinin qarşısını alıb, saxlanılan var.
Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 28-də saat 23:30 radələrində DSX-nin “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilub.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılmış, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Deman kəndində çoban kimi fəaliyyət göstərən və orada müvəqqəti yaşayan Yardımlı rayonunun Arvana kənd sakini,1989-cu il təvəllüdlü Şükürov Elsevər Kamil oğlu şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı E.Şükürov dövlət sərhədini Deman kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun sifarişi ilə narkotik vasitə gətirilməsi üçün qanunsuz olaraq keçdiyini etiraf edib. Onun yaşadığı həyətyanı əraziyə baxış zamanı 4 ədəd bağlamada 2 kiloqram 30 qram marixuana və qara polietilen salafana bükülmüş 2 ədəd 130 ml qabda maye halda metadon narkotik vasitələri aşkar olunaraq götürülüb.
Hazırda R.Əliyevin saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












