Dünən Qəzzaya 26 humanitar yük maşını daxil olub

Humanitar yardım daşıyan ən azı 26 yük maşını cümə günü “Rəfah” nəzarət-buraxılış məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub.
“Report” xəbər verir ki, bu barədə İsrailin Fələstin torpaqlarında hökumət fəaliyyətləri üzrə koordinatorunun (COGAT) ofisi məlumat yayıb.
“Humanitar yardım daşıyan 26 yük maşını yoxlanılaraq “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzzaya göndərilib”, - ofisin “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanan məlumatda deyilir.
Anklav ərazisinə 12 yük maşını ərzaq, 10-u tibbi avadanlıq, 3-ü su, 1-i isə müvəqqəti məskunlaşma üçün avadanlıq aparıb.
Xatırladaq ki, İsrail ərazisinə HƏMAS tərəfindən raket hücumları oktyabrın 7-də Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əks-əməliyyat “Dəmir qılınclar” adlandırılıb.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












