Dünya Bankı ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri sədri Rövşən Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur direktoru Çarlz Kormyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə ADY ilə DB arasında əməkdaşlığın mövcud vəziyyəti, münasibətlərin genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub, Dünya Bankının Bakı Beynəlxalq Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı, həyata keçirilən işlərə texniki dəstəyi və investisiya ayrılması imkanları barədə fikir mübadiləsi aparılıb.
ADY sədri bildirib ki, son dövrdə Orta Dəhlizlə xüsusilə konteyner daşımaları artıb, 2025-ci ildə Çin–Azərbaycan istiqamətində yükdaşımalar üzrə müsbət dinamika qeydə alınıb. Ötən il 392 blok-qatar qəbul edilib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 37 faiz çoxdur. Bu nəticələrin əldə olunmasına ADY-nin həyata keçirdiyi işlər, o cümlədən Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı məqsədilə yaradılmış “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinə cəlb edilməsi müsbət təsir göstərib.
Həmçinin bildirilib ki, ötən il beynəlxalq daşımaların səmərəliliyinin artırılmasında Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə inteqrasiyası mühüm rol oynayıb. 2025-ci ildə Bakı Limanında rekord həcmdə – 107 min TEU-dan çox konteyner yükü aşırılıb ki, bu da 2024-cü illə müqayisədə 40 faiz artım deməkdir.
Dünya Bankının regional direktoru Çarlz Kormye DB-nin ADY ilə əməkdaşlığın dərinləşdirilməsinə maraq göstərdiyini vurğulayıb, ADY tərəfindən Orta Dəhlizin inkişafı üzrə görülən işlərin gələcək tərəfdaşlıq baxımından yeni imkanlar açdığını qeyd edib.




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












