Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi üzrə Kredit sazişi" imzalanmışdır. Kredit Sazişi çərçivəsində mövcud “Yenikənd-Biləsuvar (km 32+140÷103+320) hissəsinin yenidən qurulması” layihəsi, Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və dayanıqlı nəqliyyat sisteminin təmin edilməsi işləri yerinə yetirilir.
Sözügedən layihənin icrasına dəstək missiyasını AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov qəbul etmişdir. Görüşdə tapşırıq qrupunun rəhbəri, nəqliyyat üzrə baş iqtisadçı Nicat Vəliyev, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister, nəqliyyat üzrə mütəxəssis Raqub Qarazadə, 2 saylı Layihələrin İdarə edilməsi Qrupunun direktoru Mehman Babaxanov və 2 saylı Layihələrin İdarə olunması Qrupunun mühəndisi Əyyub Hüseynov iştirak ediblər.
Görüşdə Kredit Sazişi üzrə nəzərdə tutulmuş layihələrin icra vəziyyəti, qarşıya çıxan çətinliklərin həlli və gələcək əməkdaşlığın perspektivləri ətraflı şəkildə müzakirə olunub. Qeyd edilib ki, mövcud “Yenikənd-Biləsuvar (km 32+140÷103+320) hissəsinin yenidən qurulması” layihəsi üzrə işlərin tərəqqisi qənaətbəxşdir və tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO


















