Dünya əhalisinin sayı açıqlandı - SİYAHI

Birləşmiş Millətlər Təşkilatının (BMT) dərc etdiyi məlumatlara əsasən, hesablamalara görə, dünya əhalisi 2025-ci ildə 8,2 milyardı ötüb. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, bu rəqəm 1998-ci ildə 6 milyard, 2010-cu ildə 7 milyard və 2022-ci ildə 8 milyarda çatıb. Dünya əhalisinin hazırda 8,2 ilə 8,3 milyard arasında olduğu təxmin edilir. "Worldometer" statistika platformasının rəsmi məlumatlarına əsaslanan hesablamalara görə, dünya əhalisinin təxminən 59%-i Asiyada, 19%-i Afrikada, 9%-i Avropada, 8%-i Latın Amerikası və Karib dənizində, təxminən 5%-i isə Şimali Amerikada yaşayır. Dünya əhalisinin 2037-ci ildə 9 milyarda, 2060-cı ildə isə 10 milyarda çatacağı gözlənilir. 2025-ci il etibarilə dünyada əhalisi 100 milyonu keçən 16 ölkə var. Əhali sayına görə qlobal liderlər olan Çin və Hindistan, birlikdə dünya əhalisinin təxminən üçdə birini təşkil edən milyardlıq həddi keçən yeganə iki ölkədir.
Əhalisinin sayı ən çox olan ölkələr:
Hindistan — 1,46 milyard;
Çin — 1,41 milyard;
ABŞ — 347 milyon;
İndoneziya — 285 milyon;
Pakistan — 255 milyon;
Nigeriya — 237 milyon;
Braziliya — 212 milyon.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












