Dünyanı ən çox çirkləndirən şirkətlər seçilib – TOP 10-luq

2021-ci ildə “Coca-Cola”, “PepsiCo” və “Unilever” planeti ən çox şirkətlər reytinqində lider olublar. Qeyd edək ki, hər il minlərlə könüllü planeti ən çox çirkləndirən şirkətləri müəyyən etmək üçün onlarla ölkədə su hövzələrinin sahillərində araşdırma aparır.
Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, bu il tədqiqatda 45 ölkədə su anbarlarının sahillərini tədqiq edən 11 min könüllü iştirak edib. #Breakfreefromplastic hesabatına görə, “Coca-Cola” məhsullarının tullantıları dünyanın 39 ölkəsində tapılıb. Dünyanı ən çox çirkləndirən ölkələr siyahısında ikinci və üçüncü yeri “PepsiCo” və “Unilever” tutub.
Onlardan başqa ilk beşliyə həmçinin “Nestle”, “Procter & Gamble”, “Mondelez”, “Philip Morris”, “Danone”, “Mars” və “Colgate-Palmolive” daxil olub. Bu şirkətlər təkcə plastik çirklənməni deyil, həm də iqlim böhranını da şiddətləndirir.
“Greenpeace”ə görə plastik çirklənməyə görə ilk onluqda olan bütün markalar (“Philips Morris” istisna olmaqla) qablaşdırma üçün plastiki “Aramco”, “Total”, “Exxon” və “Shell” kimi iri neft şirkətlərini təchiz edən zavodlardan alır.
2021-ci ilin iyulunda quru və okeanların birgə temperaturu son 142 ildə pik həddə çatıb – 16.7 °C. BMT-nin proqnozuna görə, 2030-cu ilə qədər havanın temperaturu daha 1.5 °C artacaq ki, bu da ekstremal hava hadisələrinə səbəb olacaq.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












