Dünyanın ən bahalı aeroportu

Dubay Beynəlxalq Hava Limanı (DXB) dünyanın 1 800-dən çox hava limanı arasında bolluq səviyyəsinə görə birinci yeri tutub. “All Clear Travel Insurance” şirkətinin səyahət sığortası üzrə ekspertlərinin fikrincə, DXB dünyanın ən bahalı hava limanı hesab olunub. Siyahıda ondan sonra London Hitrou hava limanı yer alıb, ilk üçlüyü isə Qətərin Həməd Beynəlxalq Hava Limanı tamamlayır.
Reytinqin tərtib edilməsi üçün dünyanın 1 800-dən çox hava limanı təhlil edilib, nəticədə hotelləri, hovuzu, kinoteatrı və restoranları olan DXB fəxri birinci yeri tutub.
Hər bir hava limanı dizayner mağazalarının sayından tutmuş yaxınlıqda yerləşən dörd və beşulduzlu hotellərin sayına qədər bir neçə amilə görə qiymətləndirilib. Bundan əlavə, hava limanları sərnişinlər üçün əlçatan olan gözləmə zallarının sayına və uçuşlardan əvvəl istirahət etmək üçün premium içki və ya kürü olan barların tapıla biləcəyinə görə qiymətləndirilirdi.
"Dubay Beynəlxalq Hava Limanı öz ərazisindən ildə 90 milyon sərnişin keçirir və ən dəbdəbəli aeroportlar siyahısında ləyaqətlə birinci yeri tutur" – deyə "All Clear Travel Insurance" şirkətinin nümayəndələri bildiriblər. Bundan əlavə, DXB dünyanın ən sürətli böyüyən aviasiya mərkəzidir və hətta hava limanının özündə yerləşən öz beşulduzlu hotelə malikdir. "Dubay hava limanının qələbəsini təmin edən amil hava limanından üç mil radiusda dörd və beşulduzlu hotellərin sayı oldu. Söhbət səyahətçilərin seçiminə təqdim edilmiş 70-dən çox lüks hoteldən gedir" – deyə “All Clear Travel Insurance”ın sözçüsü əlavə edib. (Azərtac)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












