“Düşəndə gödəkçən oturacağa ilişib cırılır” - Gedişhaqqı artır, xidmət dəyişmir - Video - VİDEO

Azərbaycanın əksər bölgələrində şəhərdaxili marşurutlarda gedişhaqqi ötən ildən artırılsa da, sərnişindaşıma xidmətinin keyfiyətdə heç bir dəyişiklik yoxdur.
Avtosfer.az xəbər verir ki, bu barədə süjet hazırlanıb. Qeyd olunur ki, sərnişinlər ödədikləri gedişhaqqına görə göstərilən xidmətdən narazıdırlar.
Demək olar ki, əksər rayonlarda vəziyyət eynidir. Məsələn, Tovuzda 104 kiçiktutumlu mikroavtobusdan 49-u şəhərdaxili, 55 nəqliyyat vasitəsi isə kəndlər üzrə işləyir. Ötən ilin yayından avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təyin edilsə də, göstərilən xidmət sərnişinləri qane etmir.
Onların sözlərinə görə, marşrut avtobusları o qədər köhnədir ki, keçəndə paltarları ilişib cırılır: “Keyfiyyət demək olar ki, yoxdur. Düşəndə gödəkçən oturacağa ilişib cırılır. 50 qəpik verməyə dəymir...”
Tovuzda hələ ki, sözügedən mikroavtobusların iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində heç bir addım atılmayıb. Mingəçevir şəhərinin daxilində fəaliyyət göstərən marşurt avtobuslarının da əksəriyyəti belədir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Mingəçevirin şəhərdaxili marşrut şəbəkəsi qurumun mütəxəssisləri tərəfindən ətraflı təhlil olunub. Şəhərin bütün yaşayış massivlərini və ərazilərini əhatə edən optimal ictimai nəqliyyat şəbəkəsi hazırlanıb. Sərnişin tələbatına uyğun olaraq avtobusların sayı və tutumu nəzərə alınan layihənin həyata keçirilməsi istiqamətində işlər görülür.
O da qeyd edilib ki, bölgələrdə daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulub.
Daha ətraflı videosüjetdə:
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










