DYP-dən etiraza səbəb olan qərar – FOTO

Xəbərlər 5 Noyabr 2015 11:55 Oxunub 1934
DYP-dən etiraza səbəb olan qərar  – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Səsi yüksək çıxan motoları taparaq cərimə etmək lazımdır”

Paytaxtın bəzi yerlərində dünəndən başlayaraq “motosikletlə hərəkət qadağandır” nişanları quraşdırılmağa başlayıb.

Avtosfer.az xəbər verir ki, anspress-in məlumatına görə, artıq Neftçilər prospektində 6 belə nişan quraşdırılıb ki, bu da ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

Moto istifadəçiləri bu nişanların onların hüquqlarını pozduqlarını deyirlər. 

Motosiklet sürücüsü Qalası Bağırov deyir ki, bu qadağa nişanlarının quraşdırılması qəbuledilməzdir: “Motosiklet nəqliyyat vasitəsi hesab olunur. Ölkəyə bu nəqliyyat vasitəsini gətirərkən gömrükdə dövlət rüsumu ödənilir, dövlət nömrə nişanı alınır, hətta A kateqoriyalı sürücülük vəsiqəsi olur. Deməli hər şey qanuna uyğundur. “Motosikletlə hərəkət qadağandır” nişanlarının quraşdırılması qanunsuzluqdur. Burada sürücünun konstitusiya hüquqları pozulur”.

Mövzunu şərh edən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, qadağa hələlik Neftçilər prospekti ərazisinə aiddir:  “Belə bir qadağanın qəbul edilməsi vətəndaşların şikayəti ilə bağlıdır. Həmin ərazidə yaşayan çoxsaylı insanlar müraciət edirdi ki, həmin ərazidən şütüyən motolar onların dincliyini pozur. Qadağa da bununla bağlıdır. Gələcəkdə nişanların hansısa yollarda quraşdırılıb, quraşdırılmayacağını deyə bilmərəm. Ancaq bu qadağa mopedlərə və velosipedlərə aid deyil”.

Rəis həmçinin moto sürücülərinə məsləhət də verdi: “Moto sürücüləri qadağan olunmuş ərazilərdən yox, alternativ yollardan istifadə etsinlər”.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, bu təkcə nişandır ki, onun tətbiqi meyarı yoxdur: “Başqa işarələrin hansı ərazidə, niyə tətbiq edilməsi haqqında məlumatlar var. Ancaq bu nişanın tətbiq olunmasının qanunvericilikdə cavabı yoxdur. Motosiklet tıxac olan küçələrdə daha faydalıdır. Çünki həcmi kiçikdir, tıxac yaratmır. Motosikletin səsi ilə bağlı belə bir qanunun qəbul edilməsi anlaşılan deyil. Çünki əgər hansısa motonun səsi yüksək çıxırsa motoların səsi ilə bağlı dövlət standartı var. Həmin standarta uyğun olaraq səsi yüksək çıxan motoları taparaq cərimə etmək lazımdır və həmin sürücülərə motolarını standartlara uyğunlaşdırmağı tapşırmaq lazımdır”, - deyə Ə.Hüseynov bildirdi.

Ümumiyyətlə, dünya təcrübəsində də motosikletlərin paytaxtın mərkəz küçələrində qadağan edilməsi ilə bağlı bir qanun lahiyəsi yoxdur. Bir müddət əvvəl Fransada belə bir qanun lahiyəsi qəbul edilməsi üçün senata təklif edilmişdi. Lakin baykerlərin etiraz yürüşlərindən sonra həmin qanun lahiyəsi müzakirədən çıxarılmışdı. Əksinə Londonda və Romada motosiklet sürücüləri üçün xususi zolaqlar təşkil edilib.

Ümid edirik ki, Dövlət Yol Polisi “motosikletlə hərəkət qadağandır” nişanlarını tətbiq etmək əvəzinə yüksək səs çıxararaq əhalinin narahatlığına səbəb olan, qaydaları pozan motosiklet sürücülərini cəzalandıracaq.

http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTUvMTEvMDUvMDkvNDgvMjQvMzIzLzIuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM0UiXV0?sha=877c12a3

ŞƏRH YAZ
Ad

E-mail

Şərh