DYP-nin evakuasiya xidmətindən daha bir narazılıq - FOTOLAR

Paytaxt Bakıda avtomobillərin evakuasiya olunması ilə bağlı narahatlıqları və narazılıqlar hələ də davam edir. Oxuculardan birinin Avtosfer.az-a göndərdiyi fotolardan məlum olur ki, mülki evakuatorlar yol polisi əməkdaşının iştirakı ilə dayanma-durma qaydalarını pozan avtomobilləri evakuasiya edirlər. Bildirilir ki, fotolarda əks olunan ərazi Bakının Həsənoğlu küçəsidir.
Doğrudur, həmin avtomobillər səkidə park olunub. Lakin səki genişdir və piyadaların hərəkətinə maneə yaratmır. Elə avtomobil sahibləri də bildiriblər ki, dayanmağa yer olmadığı üçün yaşadıqları binanın həyətində, yəni səkidə maşın saxlayırlar, lakin DYP əməkdaşları mülki evakuatorlarla onları cərimə meydançasına aparır. Hətta, iş o yerə çatıb ki, avtomobil sahibləri maşının yanına gəlsələr də, DYP əməkdaşı onları zorla evakuasiya etdirib.
Məsələnin maraqlı tərəfi odur ki, Dövlət Yol Polisinin yox, mülki evakuatorlarının bu işi həyata keçirməsi necə tənzimlənir? Ola bilsin, DYP bəyan etsin ki, mülki şirkətlərlə müqavilə bağlayıb dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələrinin evakuasiyasını intensiv həyata keçirir. Bu, mümkün variantdır. Lakin bu halda maraqlı bir sual ortaya çıxır; mülki şirkətlərlə işləyən DYP nə üçün jurnalist Xalid Kazımovun bununla bağlı rəsmi suallarını cavablandırmadı və yol polisinin hansı evakuasiya şirkətləri ilə hansı şərtlər əsasında əməkdaşlıq etdiyini açıqlamadı? Məhz bu suallara cavab verilmədiyi üçün jurnalist məhkəməyə üz tutub və bu yaxınlarda məhkəmə prosesi olacaq.
Qeyd edək ki, Azərbaycanda bir sıra evakuasiya şirkətlərinin, habelə, 156 evakuasiya xidmətinin DYP-nin rəhbər şəxslərinin nəzarətində olduğu bildirilir. Məhz bunun nəticəsidir ki, yollarımızda minlərlə yol nişanı çatışmadığı halda, 156-nın reklam nişanları bütün yollarda quraşdırılıb.
Elməddin
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
















