DYP-nin qeydiyyat şöbəsində sürücünü süründürməçiliyə saldılar

Xırdalan sakini Vüsal Muradov Sumqayıt Qeydiyyat-İmtahan şöbəsində ona qarşı olan süründürməçilik və qanunsuzluqdan Avtosfer.az-a şikayətini bildirib. O qeyd edib ki, səlahiyyət hüququnu ehtiva edən etibarnamə ilə idarə etdiyi 90-OJ-743 qeydiyyat nişanlı "Nissan" markalı avtomobili Sumqayıt qeydiyyatında olan şəxsin mülkiyyətinə keçirtmək üçün fevralın 24-də Sumqayıt RQİŞ-ə gedib: "Həmin idarədə xidmət aparan bir əməkdaş avtomobilin qeydiyyatından imtina etdi. Səbəb isə avtomobilin bir dənə qərarsız 40 manatlıq cəriməsinin olması idi. Mən ona bildirdim ki, "Yol hərəkəti haqqında" qanunda və Nazirlər Kabinetinin 39 saylı qərarında hər hansı bir qərarsız protokolun olmasına görə qeydiyyatdan imtina nəzərdə tutulmayıb. Qanunda yoxdursa deməli, onu tətbiq etmək də qadağandır. Qeyd etdiyim əməkdaşla nə qədər mübahisə etsəm də heç bir xeyri olmadı. Ondan sonra mən həmin əməkdaşdan,qeydiyyatdan imtinanın səbəbini yazılı şəkildə mənə təqdim edilməsini tələb etdim. Çünki "Yol hərəkəti haqqında" qanunun 27-ci maddəsinin XVI hissəsində bir başa qeyd olunub ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. Mən nə qədər tələb etsəm də o imtinanın səbəbini yazılı şəkildə mənə verməkdən boyun qaçırtdı. Deməli, imtinanı qanunsuz edir ki, yazılı şəkildə mənə təqdim edilməsindən də çəkinir.
Qanunun 27-ci maddəsinin XVIII-ci hissəsində qeyd olunub ki, nəqliyyat vasitəsinin qeydiyyatından əsassız imtina və yaxud süründürməçilik edən şəxs məsuliyyət daşıyır.İnzibati Xətalar Məcəlləsinin 339.2-ci maddəsində də qeyd olunub ki,əssasız imtina edən və süründürməçilik edən şəxsi 150 manatdan 250 manatadək cərimə gözləyir".
Ümid edirik ki, Baş Dövlət Yol Polisi İdarəsi bu məsələni nəzarətə götürəcək.
Təbriz
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










