Reklam

DYP qanuna edilən dəyişiklikləri icra edə bilmir

Xəbərlər 4 İyun 2014 13:01 Oxunub 3012
DYP qanuna edilən dəyişiklikləri icra edə bilmir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lənkəranda avtomobili addan-addan keçirməyi böyük problemə çeviriblər

Masallı rayonunda yaşayan oxucumuz Mahır Qurbanzadə Avtosfer.az saytına müraciət edib. O bildirib ki, avtomobili öz adına keçirmək, 10-la başlayan dövlət nömrə nişanını isə 44-lə başlayan nömrəyə dəyişmək istəyir. Yəni, qeydiyyatda olduğu rayonun nömrə nişanını əldə etməyə çalışır. Lakin Lənkəran rayon qeydiyyat imtahan məntəqəsində ona qarşı süründürməçilik edildiyini bildirən Mahir Qurbanzadə deyir ki, sözügedən idarədə qanunlara doğru-düzgün əməl olunmur: «Lənkəran «MERO»suna getdim, özümə yaxın birisinə 10-la olan nömrəni 44-ə dəyişim, yəni öz rayonumuzda qeydiyata saldıraq. İdarədə Quliyev Şahbazın otağına girdim, dedim gəlmişəm ki, «Yol hərəkəti haqqında» qanunun 27-ci madəsinin 1-ci hiissəsinə uyğun olaraq, avtomobili öz rayonumuzda qeydiyyata saldırıb 10-la olan nömrəni 44 də dəyişək. Şahbaz dedi ki, bu, mümkün deyil, belə bir qanun yoxdur. Qarşısında olan kitabı götürüb dedi ki, maddəni mənə göstər və mən də o kitabdan maddəni ona göstərdim. Dedi, bu maddə bura üçün deyil, get Bakıda tranzit nömrə al, gəl qeydiyata salaq. Sonra yüksək tonla otağını tərk etməyimi istədi. Rəis yerində olmadığı üçün onu gözlədim, 1-2 saatdan sonra «MERO»nun rəisi Elxan müəllim gəldi, qəbuluna girdim və Şahbaza dediklərimi ona da təkrarladım və cənab Prezidentimizin imzaladığı yeni qanunları da xatırlatdım. Dediklərimin heç biri onu qane etmədi və yeni qanunun hələ quvvəyə minmmədiyini dedi. Mən də Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng etdim, oradan məni BDYPİ-yə qoşdular və onlara da qanundan danışdım, amma xəbərləri olmadığını bildirdilər. Beləcə, biraz səs-küy qalxandan sonra «MERO»nun rəisi Elxan müəllim təkrar məni otağına çağırdı və söz verdi ki, məsələni bir həftə sonra həll edəcək. Amma mayın 31-də saat 11-12 radələrində oradan mənə verilən nömrəyə zəng etdim, bildirdilər ki, bu qanun 2-3 aya quvvəyə minər, gedin Bakıya, avtomobili qeydiyyatdan çıxarıb gəlin. Mən istəyirəm ki, 737 olan nömrə alım. Bunun qiyməti 22 manatdı. Amma Şahbaz müəllim deyir ki, bu nömrənin ayrı qiyməti var».

Qeyd edək ki, qanunvericiliyə görə, avtomobili qeydiyyata və ya təkrar qeydiyyata saldarmaq bir bölgədə həyata keçirilə bilər. Qanunda deyilir: «Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir».

Nəqliyyat vasitələrinin təkrar dövlət qeydiyyatı ilə bağlı yeniliyin nəzərdə tutulduğu dəyişiklik 2 may 2014-cü ildə qəbil edilib və “Respublika” qəzetinin 27 may 2014-cü il tarixli nömrəsində rəsmi dərc olunub. "Normativ hüquqi aktlar haqqında" qanunun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Deməli, bu dəyişikliklər artıq 27 may tarixindən qüvvədədir. Düzdür, inzibati orqanlar müəyyən qanunları öz fəaliyyətlərinə aid təlimatlarda da müvafiq uyğunlaşdırma aparıldıqdan sonra icra edirlər. Amma belə təlimatların qanunun qüvvəyə minməsinə heç bir aidiyyəti yoxdur və qüvvəyə minmiş olan qanun qüvvəyə mindiyi gündən icra edilməlidir. Bu qanunu necə icra etmək icra orqanının öz problemidir.


Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh