DYP sürücülərə müraciət etdi - Bakıya maşınla giriş məhdudlaşdırılıb

Baş Dövlət Yol Polisi İdarəsi Bakı 2015 I Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar sürücülərə müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev oxu.az-a bildirib ki, bu gün paytaxtın müəyyən küçələrində təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı müvəqqəti olaraq məhdudiyyətlər olacaq.
Şöbə rəisinin sözlərinə görə, Bakı 2015 I Avropa Oyunlarının mahiyyətini nəzərə alaraq hər kəs çalışmalıdır ki, ictimai nəqliyyata üstünlük versin.
“Avropa Oyunları ilə əlaqədar tədbirlərin keçirilməsi, gələn qonaqların müşahidə olunması, iştirakçıların idman kompleksinə aparılması, tamaşaçıların daşınması ilə bağlı müəyyən vaxtlarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət nəzərdə tutulub”.
Kamran Əliyev əlavə edib ki, Bakının şimal və cənub girişində nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.
“Biz dəfələrlə məlumat vermişik ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması və təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə paytaxt ərazisinə nəqliyyat vasitələrinin daxil olmasına müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. Vətəndaşlar fərdi nəqliyyat vasitələrindən imtina edib, ictimai nəqliyyatdan istifadə edərək rahat şəkildə istədikləri ünvana doğru hərəkət edə bilərlər”.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












