Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanıldı

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayonun Yenikənd kənd sakini Maxsud Nəsirli rayonun Ərşəli kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə və əlində olan bağlamaya keçirilən baxış zamanı təmiz çəkisi 5 kiloqramdan artıq olan marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı M.Nəsirli narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından əldə etdiyini etiraf edib.
Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












